- 16:36
Qazaxıstan məhkəməsi Rusiya vətəndaşını böyrəyini satmağa cəhd etdiyi üçün 10 ay həbs cəzasına məhkum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Pavlodar vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, 2024-cü ildə Rusiya vətəndaşı “Telegram” sosial şəbəkəsində böyrəyini 50 min dollara satmağa razılaşıb. Müqavilənin şərtlərinə görə transplantasiya Qazaxıstanın Pavlodar şəhərində aparılmalı idi. Təqsirləndirilən 2025-ci ildə Pavlodara gəlib və 5 milyon tenge (9,7 min ABŞ dolları) məbləğində ilkin ödəniş alıb, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə qadının azyaşlı uşaqlarının olduğunu və həmçinin uzun müddət həbsdə olduğunu nəzərə alıb və nəticədə məhkəmə cəzanı çəkilmiş hesab edib.
Humay Eminqızı