- 08:00
ABŞ prezidenti Donald Trampın Qrenlandiya böhranı ilə bağlı səkkiz Avropa ölkəsinə rüsum tətbiq etmək barədə açıqlamasından sonra bazar günü Brüsseldə Avropa Birliyi səfirlərinin təcili iclası təyin edilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu cür görüşlərdə səfirlər adətən AB Şurasının nazirlər səviyyəsində keçirilən sonrakı iclaslarında müzakirə üçün praktik tədbirlər hazırlayırlar.