Aİ ABŞ-nin rüsumlarına anoloji cavab verməyi nəzərdən keçirir


  • 00:48

Avropa İttifaqına üzv dövlətlər Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı 93 milyard avro məbləğində cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Aİ-nin cavab verməsi üçün ikinci seçim Amerika şirkətlərinin vahid bazara çıxışını məhdudlaşdırmaqdır. Vurğulanıb ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşlərdən əvvəl hazırlanır.

"Əgər bu davam edərsə və Tramp sırf mafiya tipli taktikalara əl atarsa, əlində aydın qisas alətləri var. Eyni zamanda, biz ictimaiyyət qarşısında sakitliyə çağırmaq və ona geri çəkilmək imkanı vermək istəyirik"-, Avropalı diplomatlardan biri nəşrə bildirib.

Qəzet vurğulayıb ki, əksər Aİ ölkələri cavab tədbirləri ilə hədələməzdən əvvəl fikir ayrılıqlarını diplomatik yolla həll etmək istəyirlər. Başqa bir avropalı diplomat isə bildirib: "Biz gərginliyi azaltmalıyıq".

Nəşrin digər bir mənbəyi ümid etdiyini bildirib ki, Avropa Birliyinin cavab tədbirləri görmə ehtimalı Konqres üzvləri tərəfindən Tramp administrasiyasına təzyiqi artıracaq: "Vəziyyət artıq kompromis üçün yer qoymur, çünki biz Qrenlandiyanı təhvil verə bilmərik. Ağıllı amerikalılar da onun Pandoranın qutusunu açdığını bilirlər", - deyə o vurğulayıb.

Oxşar xəbərlər