Hatayda zəncirvari yol qəzasında 11 nəfər yaralanıb


  • 10:51

Türkiyənin Hatay şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Belen-İskenderun avtomobil yolunun buz bağlaması qəzaya səbəb olub.

11 nəqliyyat vasitəsinin toqquşduğu qəzada 11 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər göndərilib.

Qəzada yaralananlar təcili tibbi yardım maşını ilə Belen Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər