Muğlada qayıq batıb: 1 nəfər ölüb, 4 nəfər xilas edilib


  • 10:58

Türkiyənin Muğla şəhərində qayıq batıb.

E-huquq.az xəbər verir ki, Muğlada Göyova körfəzində 5 nəfərin olduğu qayıq batıb.

Sahil Mühafizə qrupları 4 nəfəri xilas edib, bir nəfərin cəsədi isə sudan çıxarılıb.

Xilas edilən şəxslər Marmaris Dövlət Xəstəxanasına aparılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər