Məzmuna keç

İstanbulda qarlı havaya görə uçuşların 15 faizi təxirə salınıb

Türkiyənin İstanbul şəhərində davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen Beynəlxalq Hava Limanında uçuşların 15 faizi təxirə salınacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Sabiha Gökçen Beynəlxalq Hava Limanı açıqlama yayıb.

Bildirilib ki, qarlı hava şərait ilə əlaqədar Hava Limanında 18-19 yanvar tarixlərində uçuş əməliyyatlarının 15 faizi təxirə salınacaq.

Sərnişinlərə uçuşdan əvvəl rəsmi məlumat əldə etmələri tövsiyə edilib.

Şəbnəm Mehdizadə