İspaniyada 2 qatar toqquşub: ölənlər və yaralılar var


  • 10:30

İspaniyanın cənubundakı Əndəlus muxtar bölgəsində, Kordova yaxınlığında iki sürət qatarı relsdən çıxaraq toqquşub.

E-huquq.az İspaniya KİV-ə istinadən xəbər verir ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən digər qatarla toqquşub.

İspaniyanın rəsmi xəbər agentliyi EFE hadisəni araşdıran orqanlara istinadən xəbər verir ki, birinci qatarda 317, ikinci qatarda isə 100 sərnişin olub.

Məlumata görə, qəzada 21 nəfər ölüb, 73 nəfər yaralanıb.

Kordovaya beş mobil reanimasiya şöbəsi, bir logistik dəstək maşını və dörd kritik tibbi yardım bölməsi göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər