İndoneziyada itkin düşən təyyarənin qalıqları tapılıb


  • 11:24

İndoneziyanın Cənubi Sulavesi əyalətinin dağlıq ərazisində itkin düşən təyyarənin qalıqları tapılıb.

E-huquq.az "Antara News"a istinadən xəbər verir ki, İndoneziya Hava Nəqliyyatına (IAT) məxsus ATR 42-500 təyyarəsi Cənubi Sulavesi bölgəsində itib.

Təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 3 sərnişini olub.

Helikopterlər, dronlar və çoxsaylı axtarış-xilasetmə qruplarının cəlb olunduğu geniş axtarış-xilasetmə işlərindən sonra təyyarənin qalıqları tapılıb.

Ərazidə 1 nəfərin cəsədi aşkarlanıb.

Rəsmilər axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər