Alman əsgərləri Qrenlandiyanı tərk edir


  • 11:28

Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupu bu gün Qrenlandiyanı tərk edəcək.

E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, qərar ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidedici bəyanatlarından sonra regionda yaranan gərginlik fonunda verilib.

15 əsgərin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyi bildirilib.

"Kəşfiyyatın nəticələri yaxın günlərdə qiymətləndiriləcək" - məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər