- 11:28
Çində doğum nisbəti 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu (NBU) məluma yayıb.
Məlumata görə. 2024-cü ildə 1 milyard 408 milyon nəfər olan Çin əhalisinin sayı 2025-ci ildə 1 milyard 404 milyon 890 min nəfərə qədər azalıb.
Mütəxəssislər bildirilər ki, bu, əhali sayının uzunmüddətli azalma prosesinin başlanğıcıdır.
2025-ci ildə Çində 7,92 milyon körpə doğulub. Bu isə 2024-cü illə müqayisədə 16,9 faiz azalma deməkdir.
Ölkədə 60 və yuxarı yaşda olanların sayı 323,38 milyon nəfərə çatıb, bu da ümumi əhalinin 23 faizini təşkil edir.
Qeyd edək ki, Çin hökuməti uzun müddət tətbiq etdiyi "bir uşaq" siyasətini 2016-cı ildən sonra dəyişərək, ailələrin üç uşaq sahibi olmalarına icazə verib. Lakin iqtisadi çətinliklər və həyat xərclərinin artması, gənc nəsillərin uşaq sahibi olmaqdan çəkinməsinə səbəb olur.
Bu demoqrafik dəyişikliklər, ölkənin gələcək işçi qüvvəsinin azalmasına və iqtisadiyyatda əhəmiyyətli təsirlərə yol aça bilər.
Şəbnəm Mehdizadə