- 16:07
Cari ildə qlobal Ümumi Daxili Məhsul (ÜDM) 3,3%, 2027-ci ildə isə 3,2% arta bilər.
E-huquq.az xəbər verir ki, bu proqnozu Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının inkişaf perspektivləri barədəki növbəti hesabatında yer alır.
"Qlobal artım, proqnozlara görə, sabitliyini qoruyacaq və 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,2% təşkil edəcək, bu məlumatlar 2025-ci ilin yekunlarına görə 3,3%-lik göstəricilərlə müqayisə edilə bilər", – hesabatda bildirilib.
BVF-nin analitikləri qeyd edirlər ki, gömrük rüsumları və onlarla bağlı qeyri-müəyyənlik dünya bazarlarında fəaliyyətə təsir etməyə davam edəcək, lakin onların təsirinin 2026-2027-ci illərdə zəifləməsi gözlənilir. Ticarət siyasətindəki məhdudlaşdırıcı amillər texnologiyalara, o cümlədən süni intellekt sahəsindəki sərmayələrin kəskin artışı ilə kompensasiya edilir.
Humay Eminqızı