- 17:28
Çinin cənubundakı Yunnan əyalətində 5,2 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Yeraltı təkanların episentri Çjaotonq şəhərindən 39 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat hələki yoxdur.
Humay Eminqızı