Özbəkistan Trampın dəvəti ilə “Sülh Şurası”na üzv olmağa hazırdır


  • 16:40

Özbəkistan ABŞ prezidenti Donald Trampın dəvəti ilə Qəzza zolağının idarə olunması üçün “Sülh Şurası”na qurucu dövlət kimi qoşulmağa hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə prezident Şavkat Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov özünün “Telegram” hesabında yazıb.

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin həlli üzrə beynəlxalq təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb. Dövlətimizin başçısı amerikalı həmkarına cavab məktubu göndərib və orada Özbəkistanın “Sülh Şurası”na qurucu dövlət kimi qoşulmağa hazır olduğunu bildirib”, - mətbuat katibi qeyd edib.

Trampın müraciətində bu təşəbbüsün Qəzzada münaqişəyə son qoymaq üçün hərtərəfli plana əsaslandığı qeyd edilir.

Özbəkistan lideri öz cavabında, həmçinin bu təşəbbüsü Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişələrin həlli, regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addım adlandırıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də daha öncə Trampın sədrlik etdiyi “Sülh Şurası”na qoşulmaq üçün ABŞ-dan dəvət alıb.

Humay Eminqızı

Oxşar xəbərlər