- 17:28
İsrailin paytaxtı Qüdsdə özəl uşaq bağçasında naməlum təhlükəli maddənin sızması nəticəsində 3 və 4 aylıq iki körpə həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Zəhərlənən digər 53 körpənin xəstəxanaya yerləşdirildiyi bildirilib.
İlkin ehtimallara görə, zəhərlənməyə istilik avadanlığından dəm qazının sızması səbəb olub.
Humay Eminqızı