- 17:13
ABŞ prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya şəxsi müraciət göndərərək respublikanı Qəzza sektorunda vəziyyəti tənzimləmək üçün “Sülh Şurası”nın qurucu üzvü olmağa dəvət edib.
E-huquq.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov məlumat yayıb.
“Bizim mövqeyimiz belədir: biz “Sülh Şurası”nın fəaliyyətində iştirak etməyə hazırıq və ümid edirik ki, bu təşkilat təşəbbüsdə təklif olunan mandat çərçivəsindən xeyli genişlənərək səlahiyyətlərini artıracaq. Bu ona istənilən beynəlxalq münaqişələrin həllində fəal iştirak etməyə imkan verəcək və nəticədə, son illərdə Belarus tərəfindən fəal şəkildə təşviq edilən yeni təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verəcək”, - mətbuat katibi bildirib.
Humay Eminqızı