Tramp Rutte ilə Qrenlandiya barədə danışıb


  • 20 Yanvar 11:15

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı telefon danışığı apardığını, həmçinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində bu mövzuda bir neçə görüş keçirməyə razılaşdığını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yazıb.

“Qrenlandiya ilə bağlı NATO-nun baş katibi Mark Rutte ilə çox yaxşı bir söhbət etdim. İsveçrənin Davos şəhərində müxtəlif tərəflərlə görüşməyə razılaşdım. Hamıya aydın şəkildə bildirdiyim kimi, Qrenlandiya milli və qlobal təhlükəsizlik üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Geri dönüş yolu yoxdur və hamı bununla razıdır!”, - Tramp bildirib.

Amerika lideri həmçinin iddia edib ki, ABŞ dünyada sülhü təmin etməyə qadir olan yeganə dövlətdir. Və bu, çox sadə şəkildə - güc vasitəsilə edilir.

Humay Eminqızı

Oxşar xəbərlər