İrandakı etirazlarda ölənlərin sayı 4 mini keçdi


  • 20 Yanvar 11:37

İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 4 029 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Məlumata görə, etirazlar zamanı 26 015 nəfərin saxlanılıb.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ağır iqtisadi vəziyyət səbəbindən başlayıb, daha sonra ölkənin bir çox şəhərinə yayılıb.

Humay Eminqızı

Oxşar xəbərlər