Papua-Yeni Qvineyada 6,2 maqnitudalı zəlzələ olub


  • 12:47

Şərqi Papua-Yeni Qvineyada 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 27 min nəfər əhalisi olan Madang şəhərindən 25 km şərqdə yerləşib.

Zəlzələ ocağı 78 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Tsunami təhlükəsi elan edilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər