- 13:15
Yaponiyanın Kumamoto əyalətində üç nəfəri daşıyan turistik helikopter itkin düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi bildirib.
Məlumata görə, helİkopter Aso vulkanının ətrafında uçuş etməyi planlaşdırırmış. O, uçuş zamanı fövqəladə vəziyyət siqnalı göndərib, lakin planlaşdırılan qayıdış vaxtında bazaya geri dönməyib.
Bölgədə axtarış-xilasetmə işləri başladılıb.
Qeyd edək ki, helekopterdə bir pilot və Tayvandan olan iki sərnişin olub.
Humay Eminqızı