- 13:13
Rusiya Böyük Avrasiya tərəfdaşlığının formalaşdırılması və bərabər, bölünməz təhlükəsizliyin ümumkontinental arxitekturasının yaradılması təşəbbüsünü irəli sürməyə davam edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyəti ilə bağlı yekun mətbuat konfransında bəyan edib.
“Biz, yeri gəlmişkən, belaruslu dostlarımızla birlikdə XXI əsrdə müxtəliflik və çoxqütblülük üzrə Avrasiya Xartiyasının hazırlanması təşəbbüsünü irəli aparırıq. Bu, Avrasiya qitəsindəki istisnasız olaraq bütün dövlətlərin iştirakı üçün açıq elan etdiyimiz bir xartiyadır”, - Lavroq əlavə edib.
Humay Eminqızı