- 16:13
Rusiya Ukraynaya müxtəlif tip raket və PUA-larla intensiv hava hücumu həyata keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Açıqlamada hücumda 339 PUA-dan istifadə edildiyi bildirilir və Rusiya ordusunun əlavə olaraq 18 “Iskander-M/S-300” tipli ballistik raket, 15 “Kh-101” tipli gəzici raket və 1 hipersonik “Tsirkon” raketini də istifadə olunduğu qeyd olunub.
Ukrayna ordusu 27 raket və 315 PUA-nın zərərsizləşdirildiyi vurğulanıb və hücumların hələ də davam etdiyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədəki paylaşımında Rusiyanın Kiyev, Odessa, Sumi, Dnepropetrovsk, Zaporojji, Poltava və Vinnitsa vilayətlərini hədəf aldığını bildirib.
Humay Eminqızı