- 16:13
2025-ci ildə Kabardin-Balkar Respublikasının dağlıq ərazilərində 127 xilasetmə əməliyyatı həyata keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsində keçirilən yekun mətbuat konfransında məlumat verilib.
Məlumata görə, əməliyyatlar zamanı 159 nəfər xilas edilib, 18 nəfər həlak olub.
Qeyd edək ki, 2024-cü ildə FHN 122 əməliyyat həyata keçirmiş, 14 nəfər həlak olmuşdu.
Humay Eminqızı