- 17:16
ABŞ-nin Miçiqan ştatının Grand Rapids şəhərinin cənub-şərqində böyük yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi qurumların açıqlamasına görə, qəzada təxminən 100 avtomobilin iştirak etdiyi ehtimal olunur.
Miçiqan Ştat Polisi qəzada 30-40 yük maşınının olduğunu bildirib.
Güclü qar yağışı səbəbindən baş verdiyi qeyd olunan qəza zamanı görmə məsafəsinin təxminən 400 metrə qədər azaldığı, küləyin isə saatda 40–64 kilometr sürətlə əsdiyi bildirilib.
Bəzi sürücülər hadisə yerində köməksiz qalıb.
Miçiqan Ştat Polisi sürücülərə sürəti azaltmaq barədə xəbərdarlıq edib və yol şəraitini təhlükəli qiymətləndirib.
Humay Eminqızı