Yaponiyanın keçmiş baş nazirinin qatili ömürlük həbs cəzası aldı


  • 11:09

Yaponiya məhkəməsi keçmiş dəniz zabiti Tetsuya Yamaqamini 2022-ci ilin iyulunda keçmiş baş nazir Şinzo Abeni güllələməkdə təqsirli bilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə prokurorun tələbini təmin edib və Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.

Yamaqaminin vəkili müdafiə etdiyi şəxsin dini qrup tərəfindən zərər gördüyünü və həbs cəzasının 20 ildən çox olmamasını müdafiə edib.

Humay Eminqızı

Oxşar xəbərlər