- 13:41
Türkiyənin Antalya şəhərində və ətraf rayonlarda keçirilən genişmiqyaslı əməliyyat zamanı 4663 litr saxta içki ələ keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma qrupları Antalyanın Elmalı, Kəpəz və Kəmər rayonlarında əməliyyat keçirilib.
Şübhəli şəxslərin evində və iş yerində aparılan axtarışlar zamanı həmçinin 176 elektron siqaret və 235 qutu siqaret aşkar edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə