- 13:41
Türkiyənin Balıkesir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesirin Havran rayonunda minik avtomobili ilə yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, biri ağır 2 nəfər yaralanıb.
Zərbənin təsirindən yoldan çıxan avtomobil işıq dirəyinə çırpılıb.
Yaralılar Edremit Dövlət Xəstəxanasına aparıb.
Qəza ilə əlaqədar magistralda yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Şəbnəm Mehdizadə