İspaniyada daha bir qatar qəzası: maşinist ölüb, 20 nəfər yaralanıb


  • 13:02

İspaniyanın Barselona şəhərində şəhərətrafı qatar relslərin üzərinə çökmüş istinad divarı ilə toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərətrafı qatar Gelida və Sant Sadurni d'Anoia arasında relslərə düşən istinad divarına çırpılıb.

Nəticədə qatarın maşinisti ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə Kataloniya muxtariyyətinin rəsmiləri, təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər