- 14:57
Venesuela neft satışlarından 300 milyon dollar gəlir əladə edib.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges paytaxt Karakasda keçirilən tədbirdə dövlət televiziyası VTV-yə açıqlama verib.
Rodriges inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlər gördüklərini və ölkəyə valyuta axınının davam edəcəyini qeyd edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt daha əvvəl Vaşinqton və Karakas arasında 500 milyon dollarlıq müqavilə imzalandığını açıqlamışdı.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesueladakı müvəqqəti hökumətin ABŞ-yə 30-50 milyon barel neft tədarük edəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə