Yaponiyada Aso dağı yaxınlığında helikopter itkin düşüb


  • 13:41

Yaponiyanın ən aktiv vulkanlarından biri olan Aso dağı yaxınlığında helikopter itkin düşüb.

E-huquq.az xəbər verir ki, helikopter çərşənbə axşamı yerli vaxtla saat 10:52-də Aso şəhərindəki zooparkdan 10 dəqiqəlik tur üçün havaya qalxıb, lakin geri qayıtmayıb.

Saat 16:00 radələrində polis vertolyotu Aso dağının beş zirvəsindən biri olan Nakadake kraterinin içərisində təyyarəyə bənzəyən obyekt aşkar edib.

Rəsmilər tapılan obyektin itmiş helikopter olub-olmadığını hələ təsdiqləməyib.

Helikopetrdə pilotla yanaşı biri kişi və biri qadın olmaqla 3 nəfər olub.

Yaponiyanın cənub-qərbindəki Kumamoto prefekturasındakı Aso dağının vulkanik mənzərəsi üzərində helikopter turları regionun ən mühüm turizm fəaliyyətlərindəndir.

Eyni şirkətə məxsus bir tur helikopteri 2024-cü ildə Aso dağının üzərində təcili eniş edib, göyərtəsində olan 3 nəfər yaralanıb. Aso dağı sonuncu dəfə 2021-ci ilin oktyabrında püskürüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər