Tehranda bəndlərdə su səviyyəsi kritik həddən aşağı düşüb


  • 16:39

İranın paytaxtı Tehranı içməli su ilə təmin edən beş əsas bənddə su səviyyəsi kritik həddən aşağı düşüb.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, təxminən 15 milyon əhalisi olan Tehranın su təminatında mühüm rol oynayan Əmirkəbir (Kərəc), Letyan, Talekan, Mamlu və Lar bəndlərində su ehtiyatları tarixdə ilk dəfə minimum səviyyəyə enib.

Bəndlərdə suyun səviyyəsinin azalmasının əsas səbəb kimi, ardıcıl beş il davam edən quraqlıq və yağıntıların normadan 73 faiz az olması göstərilir.

Bildirilib ki, Əmirkəbir bəndində 205 milyon kubmetr tutumdan cəmi 6 milyon kubmetr su qalıb. Letyan bəndində bu göstərici 5 milyon, Lar bəndində isə 10 milyon kubmetrdir. Mamlu bəndinin doluluq səviyyəsi 7 faiz, Talekan bəndində isə mövcud su həcmi 97 milyon kubmetr təşkil edir.

Mütəxəssislər yerüstü su ehtiyatlarının kəskin azalmasının Tehranda su təchizatında qeyri-sabitlik və ciddi su gərginliyi riski yaratdığını bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər