- 17:51
Cənubi Afrikada leysan yağışların yaratdığı şiddətli daşqınlar nəticəsində 37 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, həftələrlə davam edən leysan yağışlar çayların daşmasına səbəb olub.
Bəzi məhəllələr tamamilə su altında qalıb.
Bölgədə axtarış-xilasetmə işləri çətin şərtlərə baxmayaraq davam edir.
Ölənlərin sayının artacağı istisna edilmir.
Şəbnəm Mehdizadə