- 17:51
Tacikistan-Əfqanıstan sərhədində baş verən qarşıdurmada 4 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Qüvvələri məlumat yayıb.
Məlumata görə, Əfqanıstandan qeyri-qanuni yollarla ölkəyə keçməyə cəhd edən silahlı şəxslərlə Tacikistan sərhəd təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
4 silahlı dəstə üzvünün öldürüldüyü, onlara məxsus çoxlu sayda silah-sursatın hadisə yerində ələ keçirildiyi bildirilib.
Qeyd olunub ki, sərhəddə təhlükəsizlik təmin olunub və insidentlə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə