- 17:51
Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 31-ə çatıb.
E-huquq.az Pakistanın "Geo News" kanalına istinadən xəbər verir ki, onlarla itkin düşmüş şəxsin axtarış işləri davam edir.
Cəsədlər tanınması üçün morqlara göndərilib.
Kompleksin təxminən 8000 kvadratmetr ərazini əhatə edən və 1200 mağazadan ibarət böyük bir tikili olduğu bildirilir.
Yanğının səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə