BMT: Kabil su ehtiyatlarının tam tükənəcəyi ilk şəhər ola bilər


  • 17:36

BMT-nin yeni hesabatına görə, dünyada su ehtiyatları kəskin azalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada bir çox region ciddi su qıtlığı ilə üz-üzədir.

Kabil su ehtiyatlarının tam tükənəcəyi ilk şəhər ola bilər.

Mexiko isə yeraltı suların həddindən artıq istismarı səbəbindən hər il təxminən 50 santimetr batır.

ABŞ-nin cənub-qərbində Kolorado çayının suyu kəskin azalıb.

Hesabatda bildirilir ki, mövcud vəziyyət su böhranı anlayışını da üstələyir. Hesabatın müəllifi Kaveh Madani qeyd edib ki, dünya əhalisi təbiətin verdiyindən daha çox su istehlak edir və əvvəlki şərtlərə qayıtmaq artıq mümkün deyil.

Məlumatlara əsasən, 1990-cı ildən bəri əsas göllərin yarıdan çoxu su itirib, yeraltı su ehtiyatlarının 70 faizi azalma mərhələsindədir.

Son 50 ildə Aİ ərazisi böyüklüyündə bataqlıq sahələri yoxa çıxıb, buzlaqlar isə 1970-ci ildən bəri 30 faiz kiçilib.

Hesabatda vurğulanır ki, təxminən 4 milyard insan hər il azı bir ay su qıtlığı yaşayır. Mütəxəssislər kənd təsərrüfatında suya qənaət edən yanaşmaların tətbiqini, su ehtiyatlarının müasir texnologiyalarla monitorinqini və iqlim dəyişikliyinin məhdudlaşdırılmasını uzunmüddətli həll yolları kimi göstərirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər