Rusiyanın bu vilayətində 524 cəsədin olduğu kütləvi məzarlıq tapılıb


  • 10:06

2024-cü il avqustun 6-dan etibarən Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə silahlı müdaxiləsindən sonra ölən 524 nəfərin cəsədi kütləvi məzarlıqlarda aşkar edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova açıqlama verib.

O bildirib ki, itkin düşmüş şəxslərlə bağlı məlumat bazasına ümumilikdə 2173 nəfər daxil edilib. Onlardan 1378 nəfərin taleyi müəyyənləşdirilib, 452 nəfərin axtarışı davam etdirilir, 343 nəfərin isə həyatını itirdiyi məlum olub.

Humay Eminqızı

Oxşar xəbərlər