- 12:48
Türkiyənin Sakarya şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Anadolu magistralının Sakarya hissəsində 4 nəqliyyat vasitəsinin toqquşduğu qəzada 1 nəfər ölüb, 27 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, tibb və xilasetmə və qrupları cəlb edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəza səbəbindən magistralın Ankara istiqamətində hərəkət zolağı nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə