- 13:09
Türkiyənin Kastamonu şəhərində tarixi malikanədə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akmescit məhəlləsində yerləşən 3 mərtəbəli malikanədə gecə saatlarında naməlum səbəbdən yanğın başlayıb.
Yanğın qısa müddətdə bitişik iki evin damına keçib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğınsöndürənlər yanğını nəzarətə götürüb və söndürüblər.
Hadis nəticəsində tarixi malikanə tamamilə dağılaraq yararsız hala düşüb, digər iki evin dam örtüyünə isə külli miqdarda ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə