Kanada ABŞ ilə müharibəyə hazırlıq görür


  • 11:48

Kanada Silahlı Qüvvələri son 100 ildə ilk dəfə ABŞ işğalına qarşı müdafiə modelləri üzərində işləməyə başlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada rəsmiləri bu araşdırmanın sırf nəzəri xarakter daşıdığını və ehtiyat tədbiri olduğunu vurğulayıb.

“The Globe and Mail” qəzetində dərc olunan xəbərə görə, Kanada ordusu ənənəvi üsullarla ABŞ-nin potensial hücumunu dayandıra bilməyəcəyinin fərqindədir. Buna görə hazırlanmış modeldə birbaşa cəbhə müharibəsi əvəzinə təxribat, pusqu və digər taktikalara diqqət yetirilir.

Məqsəd işğalçı qüvvələrə yüksək itkilər verməklə işğalı baha başa çatdırmaqdır.

Həmçinin ənənəvi ağır silahlardan daha çox dron sistemlərinin effektiv istifadəsi planlaşdırılır.

ABŞ Prezidenti Donald Trampın Kanadanı “51-ci ştat” kimi xarakterizə etməsi və Danimarka ərazisi olan Qrenlandiyanın ilhaqı ilə bağlı israrlı bəyanatları Kanadanı müdafiə strategiyalarına yenidən baxmağa vadar edib.

Davosda çıxış edən Kanadanın Baş naziri Mark Karni bildirib ki, müharibə başlayacağı təqdirdə Kanada Fransa, Almaniya və Böyük Britaniya kimi nüvə silahı olan müttəfiqlərindən dəstək gözləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər