Avropa dövlətləri öz nüvə arsenalının gücləndirmək istəyir


  • 11:57

Avropa dövlətləri öz nüvə arsenalının gücləndirmək istəyir.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Trampın müttəfiqləri tənqid edən açıqlamaları və Qrenlandiya ilə bağlı mövqeyi Avropada nüvə silahı ilə bağlı müzakirələri gücləndirib.

Avropa liderləri təhlükəsizliyi yalnız ABŞ-yə həvalə etməkdənsə, nüvə silahına malik Fransa və Böyük Britaniyaya daha çox arxalanmağı, hətta uzunmüddətli perspektivdə öz nüvə potensiallarını yaratmağı müzakirə edirlər. Xüsusilə Trampın Davosdakı çıxışları bu prosesi sürətləndirib.

Fransa prezidenti Emmanuel Makronun yaxın həftələrdə ölkəsinin nüvə strategiyası ilə bağlı mühüm çıxış edəcəyi gözlənilir. Müzakirə olunan variantlara Fransanın nüvə imkanlarının genişləndirilməsi, nüvə silahı daşıya bilən təyyarələrin Avropanın digər bölgələrində yerləşdirilməsi və NATO-nun şərq cinahında Avropa qüvvələrinin artırılması daxildir.

Almaniya və Polşa Fransanın nüvə mühafizəsi ideyasına açıq olduqlarını bildiriblər. Finlandiya və Hollandiya isə NATO-nun əsas təhlükəsizlik mexanizmi olaraq qaldığını vurğulasa da, Avropanın daha çox məsuliyyət daşımalı olduğunu qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər