Rusiyada Moldova kəşfiyyatının agenti həbs edildi


  • 12:34

Rusiyanın paytaxtı Moskvada Moldova kəşfiyyatının agenti həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, Rusiya vətəndaşı 2025-ci ilin dekabr ayında Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş, Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin tapşırığını yerinə yetirmək məqsədilə Moskvaya gəlib, hazırlıq mərhələsində isə Rusiya FTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri üzrə (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsasda əməkdaşlıq) cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər