Avstraliyada silahlı atışmada 3 nəfər ölüb


  • 13:09

Avstraliyanın Yeni Cənubi Uels ştatında atışma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisənin yerli vaxtla təxminən 16:40 radələrində baş verdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır, yerli sakinlərə evdən çıxmamaq tövsiyə edilib.

Humay Eminqızı

Oxşar xəbərlər