- 16:44
Dünyanın ən böyük nüvə enerji istehsal gücünə malik Yaponiyanın Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında dünən ilk dəfə 6 nömrəli reaktor işə salınıb.
E-huquq.az Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, Tokyo Electric Power (TEPCO) tərəfindən idarə olunan bu stansiya, 2011-ci ildəki Tohoku zəlzələsi və nüvə qəzasından sonra bağlanmışdı.
Son yoxlamaların ardından reaktor yenidən işə salınıb, lakin texniki nasazlıq baş verib.
İdarəetmə çubuqlarını idarə edən cihazın elektrik komponentlərində problem yaranıb, buna görə reaktor yenidən bağlanıb. Hazırda nasazlığın səbəbi araşdırılır.
Niigata prefekturası hökuməti bildirib ki, ətrafda qeyri-adi dərəcədə yüksək radioaktivlik aşkar edilməyib.
Şəbnəm Mehdizadə