- 16:44
Yeni Zelandiyanın Şimal adasında daşqınlar və torpaq sürüşmələri baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla təxminən səhər saat 9:30-da Şimal adasının Plenti körfəzindəki Maunqanui dağının yamaclarında düşərgədə sürüşmə baş verib.
Yeni Zelandiya Yanğınsöndürmə və Fövqəladə Hallar Xidmətinin rəsmisi William Pike ölən və ya itkin düşənlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilmədiyini bildirib.
Pike qeyd edib ki, adanın müxtəlif yerlərində baş verən digər daşqınlar və torpaq sürüşmələri səbəbindən bir çox yol bağlanıb və onların yenidən açılması üçün işlər davam etdirilir.
Təbii fəlakət nəticəsində itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Şəbnəm Mehdizadə