Çatbotlardan istifadə edənlərdə psixi sağlamlıq problemləri daha çox hiss edilir


  • 16:08

Araşdırmalara görə, sosial qarşılıqlı əlaqə və emosional dəstək məqsədilə çatbotlarla daha çox vaxt keçirən insanlarda psixi sağlamlıq problemləri daha çox hiss edilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, JAMA Network Open jurnalında dərc olunan tədqiqat üçün ABŞ-də yaşayan 20,000-dən çox iştirakçı arasında sorğu keçirilib.

Tədqiqatda süni intellektin (AI) istifadəsi və psixi sağlamlıq əlaqələrini araşdırıblar.

Tədqiqatın əsas nəticələrinə görə, iştirakçıların 10,3 faizi süni intellektdən gündə bir dəfə, 5 faizi isə gündə bir neçə dəfə istifadə etdiyini bildirib. Gündəlik istifadəçilərin 87,1%-i çatbotlardan məsləhət və emosional dəstək üçün istifadə edir. Həmin istifadəçilər, çatbotlardan istifadə etməyənlərlə müqayisədə, depressiya, narahatlıq və əsəbilik əlamətləri göstərmə ehtimalı daha yüksəkdir. Xüsusilə 45-64 yaş arası istifadəçilər arasında depressiya əlamətləri ilə AI istifadəsi arasında əlaqə müşahidə edilib.

Dr. Roy Perlis, süni intellektin istifadəsinin artması ilə depressiya simptomlarının pisləşdiyini qeyd edib. Lakin, iş və məktəb məqsədli istifadə ilə psixi sağlamlıq problemləri arasında əlaqə tapılmayıb.

Amerika Psixoloji Assosiasiyası (APA) süni intellektin peşəkar terapiyanı əvəz etmədiyini vurğulayır. Tədqiqatçılar, süni intellektin depressiya və digər psixi sağlamlıq problemləri ilə əlaqəli olmasını, amma səbəb-nəticə əlaqəsini hələ sübut etmədiklərini qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər