Pakistanda ticarət mərkəzində baş verən yanğında həlak olanların sayı 67-yə çatdı


  • 22 Yanvar 23:34

Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 67 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bunu "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd edək ki, yanvarın 17-də axşam Kəraçidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını 33 saatdan sonra söndürmək mümkün olub.

Əvvəlcə 60 nəfərin həlak olduğu bildirilirdi. Həkimlərin sözlərinə görə, hazırda faciə qurbanlarından 15-nin şəxsiyyəti müəyyən edilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 80-dən çox insanın qala biləcəyi ehtimal olunur.

Telekanalın qeyd etdiyi kimi, ilkin istintaqın nəticələri hadisənin elektrik naqillərində qısaqapanma səbəbindən baş verdiyi versiyasını təkzib edir. Araşdırma göstərib ki, yanğın süni güllər mağazasında başlayıb və həmin vaxt orada uşaqlar oynayırmış. Yanğının ehtiyatsız davranış nəticəsində baş verməsi güman olunur.

Oxşar xəbərlər