- 13:35
Türkiyənin Balıkesir şəhəridə ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkəsirin İvrindi rayonunda fəhlələri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 16 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım, jandarma və xilasetmə briqadaları göndərilib.
Qəzada yaralanan 16 nəfər təcili tibbi yardım maşını ilə ətrafdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə