- 13:35
İndoneziyanın Cənubi Sulavesi vilayətində, Bulusaraunq dağının zirvəsində qəzaya uğramış “Indonesia Air Transport” aviaşirkətinə məxsus “ATR 42-500” təyyarəsinin göyərtəsində olan bütün 10 nəfərin cəsədi aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, cəsədlərin təxliyəsi davam edir.
Təyyarənin respublikanın Dənizçilik və Balıq Təsərrüfatı Nazirliyi üçün çarter reysi həyata keçirdiyi və balıq ovu ərazilərində hava monitorinqi apardığı bildirilir.
Təyyarədə yeddi ekipaj üzvü və üç nazirlik əməkdaşı olub.
Qeyd edək ki, qəza yanvarın 17-də baş verib.
Humay Eminqızı