Rusiyada neft bazasında yanğın baş verib


  • 10:48

Ukrayna Silahlı Qüvvələri Rusiyaya yanvarın 22-si Moskva vaxtı ilə saat 23:00-dan 23-ü saat 07:00-dək pilotsuz uçuş aparatları (PUA) ilə hücüm edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya məxsus 12 PUA məhv edilib və ələ keçirilib.

Penza ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər