- 13:35
İspaniyada bu həftə ərzində üçüncü dəfə qatar qəzası baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Mursiya bölgəsindəki Kartagena liman şəhəri yaxınlığında şəhərətrafı qatar dəmir yolu xəttinə daxil olan tikinti kranı ilə toqquşub.
Rəsmilər qatarın relsdən çıxmadığını və bəzi sərnişinlərin yüngül xəsarətlər aldığını bildirib.
Ölkə üzrə qəza xəbərlərinin artması ilə əlaqədar olaraq əsas qatar maşinistləri həmkarlar ittifaqı SEMAF işçiləri fevralın 9-dan 11-dək üç günlük tətilə çağırıb.
Bəyanatda dəmir yolu infrastrukturunun təhlükəsizliyinə cavabdeh olan məmurlarıb cinayət məsuliyyətinə cəlb olunması və təhlükəsizlik standartlarının təcili olaraq yüksəldilməsi qeyd edilib.
Şəbnəm Mehdizadə