İspaniya  Sülh Şurasında iştirak etməyəcək


  • 11:11

İspaniyanın baş naziri Pedro Sançes ölkə hakimiyyətinin Qəzza üzrə Sülh Şurasında iştirakdan imtina etmək qərarı verdiyini bəyan edib.

E-huquq.az xəbər verir ki, bu barədə krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu mövqe Madridin çoxtərəfli nizama, beynəlxalq hüquqa və BMT sisteminə sadiqliyini əks etdirir.

“Unutmamalıyıq ki, ümumilikdə Fələstinin gələcəyini fələstinlilər müəyyən etməlidirlər. Həmçinin onun İsraillə dinc və təhlükəsiz birgəyaşayışının gələcəyi ilk növbədə İsrail və Fələstin tərəfindən iki dövlətli həllin həyata keçirilməsini nəzərdə tutan dialoq prosesi çərçivəsində həll olunmalıdır”, - İspaniyanın Baş naziri Pedro Sançes deyib

Humay Eminqızı

Oxşar xəbərlər